Lukaşenkonun xəstəliyinin diaqnozu açıqlanıb

Aleksandr Lukaşenko Moskvada 9 may paradında/ kremlin.ru

Belarus prezidentinin infeksion-allergik miokarditdən əziyyət çəkdiyi bildirilir

“Euroradio”nun materialları əsasında

Belarus Prezidenti Lukaşenko mayın 9-da Moskvada keçirilən paradda o qədər də sağlam görünmürdü. Sonra o, təcili Minskə qayıdıb, axşam isə hətta bayramla bağlı çıxış etməkdən belə imtina edib.

Rusiyalı müxbirlər tərəfindən çəkilmiş əlindəki sarğı da bir çox suallara səbəb olub.
Nazirlər Kabinetinin sözçüsü Pavel Latuşko bildirib ki, Aleksandr Lukaşenko ağır virusa yoluxub.

Müraciətində siyasətçi deyib:

“Bizə çatan bəzi məlumatlara görə, Lukaşenko infeksion-allergik miokarditdən əziyyət çəkir”.
 İnfeksion-allergik miokardit, infeksiyaya cavab olaraq ürək əzələsinin iltihabıdır. Bu xəstəliyin əlamətləri arasında təngnəfəslik, halsızlıq, ürək döyüntüsü, ürəkdə ağrı, oynaqlarda orta dərəcədə ağrılar var.

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin mayın 14-də jurnalistlərə açıqlamasında Lukaşenkonun xəstə olduğunu bildirib. O, diaqnozu bildiyini, lakin bunun COVİD olmadığını söyləyib.

Lukaşenkonun səhhəti ilə bağlı hələ də rəsmi məlumat yoxdur. Onun əvəzində bazar günü baş tutan Belarus bayrağı, gerbi və himni Günündə Baş nazir Roman Qolovçenko çıxış edib.

Ana səhifəXəbərlərLukaşenkonun xəstəliyinin diaqnozu açıqlanıb