Aleksandr Lukaşenko

Mənbə: Reuters

Başlıq: Aleksandr Lukaşenko

Lukaşenko: Təyyarənin minalanması barədə xəbər İsveçrədən Polşanın IP ünvanı ilə gəlib

Deputatlar, Konstitusiya komissiyasının üzvləri və dövlət idarələri orqanlarının nümayəndələri ilə Oval zalda görüşən Aleksandr Lukaşenko onlara “Ryanair” aviaşirkətinə məxsus təyyarənin minalanması barədə xəbərin İsveçrədən Polşanın IP ünvanları ilə göndərildiyini söyləyib. Bu barədə Lukaşenkonun mətbuat xidməti ilə əlaqəli olan “Pul Pervovo” teleqram-kanalında xəbər verilir, "Novaya qazeta" yazır.

“Proqnozlaşdırdığımız kimi, xaricdə və elə ölkə daxilində olan bədxahlar dövlətə hücum metodlarını dəyişdiriblər. Onlar xeyli qırmızı cizgini aşıb, sağlam düşüncə və insan əxlaqı sərhədini adlayıblar”, – Lukaşenko deyib. O, həmçinin söyləyib ki, “Ryanair” təyyarəsinin ekipajı Vilnüsdə aviaşirkət və hava limanı ilə məsləhətləşib, lakin Minskdə yerə enməyi qərara alıb.

“Mən insanları müdafiə edərək, bütün beynəlxalq qaydalara uyğun, qanuni şəkildə hərəkət etmişəm. Təyyarəni Belarus AES yaxınlığında geri çeviriblər. Birdən AES-nın təhlükəsizlik sistemləri tam hərbi hazırlıq rejiminə keçsəydi, necə olardı?” – Lukaşenko parlamentdə baş tutmuş görüşdə deyir.

Lukaşenkonun söylədiyinə görə, “Belarus problemləri üzərində yaranmış bir ekstremist kanal artıq bütünlüklə Rusiyaya qarşı çıxış edir və bununla da Qərb strateqlərinin həqiqi məqsədini göstərmiş olur”. “Daha sonra Rusiyaya keçəcəklər”, – o deyib.

“Ryanair” aviaşirkətinin təyyarəsi

“Ryanair” aviaşirkətinin təyyarəsi

Mənbə: Reuters

Bununla belə, daha əvvəl Belarus hakimiyyəti bildirirdi ki, “Ryanair” təyyarəsinin göyərtəsində baş verəcək partlayışla bağlı xəbəri guya HƏMAS nümayəndələri göndərib. Bu xəbər üzündən təyyarəni mayın 23-də Minskdə yerə endirməli olublar. Aİ-na müraciət məktubunun niyə Minskə göndərildiyini Belarusda dəqiqləşdirməyiblər. Üstəlik İsrail Qəzza sektorunda münaqişə tərəflərinin qarşılıqlı atəşkəs barədə razılaşma əldə etdiyini hələ mayın 23-ü xəbər verib.

“Biz bu cür metodlara əl atmırıq. Bu, HƏMAS-ı iblis kimi təqdim etmək, Fələstin xalqına və onun qanuni şəkildə müqavimət göstərməsinə duyulan dünya rəğbətinə maneçilik törətmək üçün hansısa şübhəli tərəflərin hərəkətləri ola bilər”, - hərəkatdan buna belə cavab veriblər.

“Ryanair” aviaşirkətinin təyyarəsi Afinadan Vilnüsə istiqamət götürüb, lakin “minalanma” xəbəri səbəbindən, Belarus dispetçerlərinin tələbinə uyğun qırıcıların müşayiəti ilə Minsk hava limanında yerə enib. Göyərtədə NEXTA teleqram-kanalının həmtəsisçisi Roman Protaseviç olub: təyyarə yerə enəndən sonra onu saxlayıblar. Sevgilisi, Rusiya vətəndaşı Sofya Sapeqa, valideynlərinin verdiyi məlumata görə, elə həmin reyslə uçurmuş və hazırda DTK-nın istintaq təcridxanasındadır. Belarus güc strukturları əməkdaşlarının dediyinə görə, Protaseviç isə hazırda Minsk şəhərinin 1 saylı istintaq təcridxanasındadır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l4qq13

Ən çox baxılan