Lukaşenko, Nazarbəyov və Putin

Mənbə: Foto: arxiv

Başlıq: Lukaşenko, Nazarbəyov və Putin

Lukaşenko: Rusiya Qazaxıstanın Belarusa neft verməsinə mane olur

“Qəribədir, bizim müttəfiqimiz digər müttəfiqimizdən bizə neft ötürməyə razı deyil”

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Rusiya Minskin daimi tədarükçüsü olan Qazaxıstandan ölkəyə neft gətirilməsinə mane olur, - RFE/RL xəbər verir.

Lukaşenko yanvarın 21-də Minskdə neft mütəxəssisləri ilə görüşündə Belarus iqtisadiyyatının üzləşdiyi vəziyyətin “getdikcə mürəkkəbləşdiyini” deyib.

“Qəribədir, bizim müttəfiqimiz digər müttəfiqimizdən bizə neft ötürməyə razı deyil. Bu, neft tədarükü sahəsində qəribə vəziyyətdir və bunu nəzərə almalıyıq”,- o deyib.

Hər üç ölkə Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovet İttifaqında Moskvanın təsirini artırmaq və AB və NATO-ya qarşı çıxmaq üçün istifadə etdiyi Avrasiya İqtisadi Birliyinin əsasını qoyan üzvlərdir.

“Rusiya Federasiyasının vergi tarifləri manevrini tətbiq etməsinə görə dövlət büdcəsinin gəlirləri daim azalır və emal zavodlarımızın fəaliyyətinin səmərəliliyi pisləşir. Rusiya neftinə tam alternativ yoxdur və biz sektoru şaxələndirməliyik”,- Lukaşenko deyib və əlavə edib ki, Belarus bazarındakı Rusiya neftinin həcmi 30 ilə 40 faiz arasında olmalıdır.

Belarus bir müddət Rusiya ilə neftin tranzit qiymətlərinə görə qarşı-qarşıya olub. Bununla Moskva Lukaşenkoya təzyiqi artıraraq, iki ölkə arasında interasıyanı dərinləşdirməyə çalışıb.

Belarus yanacaq və maliyyələşdirmə baxımından Rusiyadan asılıdır və Rusiyanın Avropaya enerji tədarükü üçün əsas tranzit yoludur.

14 yanvar tarixində Belarus Baş nazirinin müavini Dzmitry Krutoy deyib ki, Minsk bir sıra Avropa ölkələrindən həmçinin Qazaxıstan və Azərbaycandan Rusiya ilə tarif müharibəsi şəraitində Belarus neftini satmağı xahiş edib.

Moskva və Minsk vahid dövlət qurmaq üçün 1999-cu ildə saziş imzalayıb, lakin sonrakı iyirmi ildə çox az irəliləyiş əldə edilib.

Keçən il Putin və Lukaşenko arasında keçirilmiş görüşlər iki prezidenti yaxınlaşdıra bilməyib. Belə ki, Belarus prezidenti tərəflərin bir araya gələ bilməsi üçün sadəcə “bərabər” şərtlər axtardığını qeyd edib.

Dekabrda Belarusda edilmiş etirazlar tərəflər arasında gizli davam edən danışıqları hədəfə almışdı. Belə ki, küçələrə çıxan insanlar Rusiya ilə daha yaxın əlaqələrə etiraz edirdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z54eh0

Ən çox baxılan