Lukaşenko mühacirləri Belarusa geri buraxmamağı əmr edib

Litvaya gedən yolda onları Belarus sərhədçiləri “görməzdən gəlirlər”

Source: fasdf




"Evroradio"





nun materialı



Litvaya gedən yolda onları Belarus sərhədçiləri “görməzdən gəlirlər”

Aleksandr Lukaşenko Avropa İttifaqına qeyri-leqal şəkildə gedən və bu səbəbdən geri qaytarılan mühacirləri ölkəyə buraxmamağı əmr edib. O, sərhəddəki vəziyyətlə bağlı cümə axşamı güc strukturlarının rəhbərləri ilə müşavirə keçirib.

“Bu gündən etibarən Belarus ərazisinə qonşu tərəflərdən, istər cənubdan və ya qərbdən bir nəfərin də ayağı dəyməməlidir”, – Lukaşenkonun mətbuat xidmətinin məlumatında deyilir. – “Bunun yolunu müzakirə edərik”.

Məlum olduğu kimi, Litva sərhədi qeyri-leqal yolla keçməyə çalışan mühacirləri Belarusa qaytarmağa başlayıb. Təkcə son sutka ərzində 300 nəfər geri yola salınıb. Litvaya gedən yolda onları Belarus sərhədçiləri “görməzdən gəlirlər”.

Bundan sonra nə olacaq? Qeyri-leqallar neytral zolaqda çadırlar quracaq? Lukaşenko iclasda Litva sərhədçilərini “nasist” adlandırıb. Deyib ki, Ukrayna rəhbərliyi “xalq əleyhinə kurs tutub”.

“Onların orda mühacirləri güllələmək, təzyiq göstərmək, incitmək haqda qanun qəbul etməkləri tam əclaflıqdır, – Lukaşenkonun güman ki, Litva haqqında söylədiyi sözləri BELTA sitat gətirir. Doğrudur, orada bu cür qanun yoxdur və ola da bilməz.

Ana səhifəDünyaLukaşenko mühacirləri Belarusa geri buraxmamağı əmr edib