Luisvildə etirazlarda polis məmuru öldürülüb

Polisin başqa polislər tərəfindən öldürüldüyü deyilir

Source: Meydan TV


Polisin başqa polislər tərəfindən öldürüldüyü deyilir

Kentukki ştatının Luisvil şəhərinin polis rəisi Corc Floydun ölümü ilə bağlı təşkil edilən etirazlarda vurularaq öldürülüb. CNN xəbər verir ki, rəsmilər müəyyən edib ki, polis rəisinin ölümünə etirazçılar deyil, digər iki polis məmuru səbəb olub.

“Bu tip institusional uğursuzluğa göz yumulmayacaq”, Luisvil Bələdiyyə başçısı Greg Fişer (Fischer) bazar ertəsi günü bildirib: “Buna görə mən Stiv Konradı (Steve Conrad) Luisvil Metro Polis İdarəsinin (LMPD) rəisi vəzifəsindən azad etmişəm”.

Fişer qurbanın yerli biznes sahibi David McAtee olduğunu deyib.

ABŞ-da etirazlar 46 yaşlı qaradərili Floydun keçən həftə Minneapolisdə həbs edilərkən ölməsindən sonra başlayıb.

Luisvildə etirazlar təcili tibbi yardım üzrə mütəxəssis Breonna Taylorun ölümündən sonra baş qaldırıb. O, LMPD-nin üç əməkdaşı narkotik axtarışı ilə bağlı evinə girdiyi zaman bir neçə dəfə güllə ilə vurularaq öldürülüb.

Bazar ertəsi polis bildirib ki, McAtee polis tərəfindən etirazları dağıdarkən vurulub. Məmurlar onlara edilən atəşə cavab verdiklərini qeyd edirlər.

“Biz David McAtee adlı bir vətəndaşı itirdik”, Fişer deyib: “David çoxuna dost idi, tanınmış barbekü adamı idi. Onun bu işə qarışması, bu gün bizimlə olmaması faciədir”

Luisvil Metro Polis İdarəsi və Milli Qvardiya bölmələri, səhər saat 12:15-də dayanacaqda olan böyük izdihamı dağıtmaq üçün göndərilmişdi, polis rəisi bazar ertəsi günü deyib.

“Zabitlər və əsgərlər ərazini təmizləməyə başlayırlar və bir anda güllələnirlər,” Konrad mətbuat konfransında deyib. “Həm LMPD, həm də Milli Qvardiya üzvləri atəşə cavab veriblər, hadisə yerində bir nəfər ölüb.”

Kentukki Baş məmuru Andy Beshear ştat polisinin McAteenin ölümünü araşdıracağını deyib.

“Vəziyyətin ciddiliyini nəzərə alaraq mən Kentukki əyalət polisinə hadisənin müstəqil araşdırılması üçün səlahiyyət vermişəm”,- o deyib.

ABŞ-ın Kentukki əyalətinin müvəkkili Rassel Kolmen (Russel Coleman) “Twitter”də istintaqın başladığını bildirib.

Bazar ertəsi hadisə yerində olan Odessa Riley CNN-ə açıqlamasında atışma qurbanının onun 53 yaşlı oğlu olduğunu deyib.

“Onu heç bir səbəb olmadan öldürdülər”,- Riley göz yaşları ilə bildirib.

“Yaya” ləqəbli McAtee “kirayə haqqını ödəmək üçün pul qazanmağa çalışırdı“,- Riley deyib: “Və onu it kimi güllələdilər … mən bunu qəbul etmirəm”.

Ana səhifəDünyaLuisvildə etirazlarda polis məmuru öldürülüb