“Lufthansa” 900-ə yaxın uçuşunu ləğv edib

Mənbə: DW

Səbəb kimi kadr çatışmazlığı göstərilir

Almaniyanın “Lufthansa” hava nəqliyyatı şirkəti yüzlərlə uçuşunu ləğv edib.

Bildirilir ki, səbəb kadr çatışmazlığıdır.

“Bloomberg” yazır ki, “Lufthansa” koronavirus böhranından xilas olmaq üçün mübarizə apardığı bir zamanda yüzlərlə yay reysini ləğv edib.

Daha dəqiq şirkət iyul ayı üçün nəzərdə tutulmuş 900-ə yaxın yerli və Avropaya olan qısaməsafəli uçuşlarını ləğv edib.

Şirkət sözçüsü bildirib ki, təkcə ləğv edilən həftəsonu reysləri aviaşirkətin tipik həftə sonu tutumunun 5 faizini təşkil edib.

“Bütün aviasiya sənayesi, xüsusən də Avropa, hazırda darboğazlardan və kadr çatışmazlığından əziyyət çəkir”, – “Lufthansa”nın elektron poçtla göndərilən bəyanatında belə deyilir.

Həmin bəyanatda qeyd edilir ki, hazırki çətin durum hava limanları, yerüstü xidmətlər, həmçinin aviaşirkətlərə təsir edib.

“Lufthansa”nın Baş icraçı direktoru Carsten Spohr keçən ay Covid təhlükəsi azaldıqca, “böhranı zehni olaraq aradan qaldırdığını” söyləsə də, əmək bazarı sarsıntıları onun aviaşirkətinin yay planlarına təsir edib.

Ana səhifəXəbərlər“Lufthansa” 900-ə yaxın uçuşunu ləğv edib