Nadir Səlifov hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir
Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verildiyi bildirilir.
Rusiyanın “Rosbalt” agentliyi yazır ki, Nadir Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli
bilinir
.
O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. İttihama görə, o, Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib.
İstintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. İstintaq qiyabi həbs qərarı çıxarması üçün Rusiya paytaxtının Presnenskiy məhkəməsinə müraciət edib.
Agentlik yazır ki, hazırda Türkiyədə yaşayan N.Səlifov özünü oğru dünyasının 1 nömrəli adamı kimi aparır.
Nadir Səlifov bu il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib və azadlığa
buraxılıb
.
1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulan N.Səlifov ötən əsrin 90-cı illərində həbs olunub. Ona kriminal aləmdə verilən “Quli” ləqəbi gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.
Azərbaycanda qətl hadisəsində təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli” barəsində 2005-ci ildə daha bir qalmaqallı cinayət işi açılıb.