”Lotu Quli” məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb

Source:


Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Lotu Quli” ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb. Xəbəri “APA” yayıb.

N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Lotu Qulinin kamerası, həbsdə son fotosu
Lotu Qulinin kamerası, həbsdə son fotosu

Ana səhifəXəbərlər”Lotu Quli” məhkəmə zalından azadlığa buraxılıb