Los Angelesə təcili eniş edən təyyarə ətrafa yanacaq töküb

Hadisə 56 uşaq, o cümlədən böyük insanlar üçün dəri və ağciyər qıcıqlanmasına səbəb olub

Source: google


Hadisə 56 uşaq, o cümlədən böyük insanlar üçün dəri və ağciyər qıcıqlanmasına səbəb olub

Los Anceles beynəlxalq hava limanına mühərrik problemi səbəbindən təcili eniş edən təyyarə tərəfindən atılan yanacaq ərazidə yerləşən bir neçə məktəbə düşüb. Rəsmilər bildirib ki, hadisə 56 uşaq, o cümlədən böyük insanlar üçün dəri və ağciyər qıcıqlanmasına səbəb olub, – “Guardians'' xəbər verir.

Yanacaq təyyarədən iki xətlə axıb və güclü qoxu buxarı günortadan sonra hava limanından təxminən 21 km şərqə doğru, Cudahi şəhərinə və Los-Anceles əyalətinə yaxın ərazilərə yayılıb.

Hadisədən xəsarət az olub və heç kim xəstəxanaya yerləşdirilməyib. Heç bir təxliyə tədbirlərinə ehtiyac qalmayıb.

“Bu, yaxşı göstəricidir”,- Los Anceles müfettişi Skay Kornel (Sky Cornell) deyib.

Bütün yanacaq çox tez buxarlanıb və havada və yerdə yanar bir maddənin qalmadığı bildirilir.

Yanğın müfəttişi Henri Narvaez deyib ki, insanlar sabun və su ilə təmin ediliblər.

Təyyarə qalxdıqdan qısa müddət sonra Şanxaya uçan “Delta Air Lines 89" yenidən havalimanın dönməsini tələb edən mühərrik problemi yaşayıb. Təyyarə yanacağı buraxdıqdan sonra təhlükəsiz eniş edib. Yanacağın buraxılması təhlükəsiz eniş üçün normal prosedurun tərkib hissəsidir. Aviaşirkət mühərrik problemi ilə bağlı təfərrüatları açıqlamayıb.

Federal Aviasiya İdarəsi hadisənin araşdırıldığını bildirib.

Ana səhifəDünyaLos Angelesə təcili eniş edən təyyarə ətrafa yanacaq töküb