Mənbə: google

Los Angelesə təcili eniş edən təyyarə ətrafa yanacaq töküb

Hadisə 56 uşaq, o cümlədən böyük insanlar üçün dəri və ağciyər qıcıqlanmasına səbəb olub

Los Anceles beynəlxalq hava limanına mühərrik problemi səbəbindən təcili eniş edən təyyarə tərəfindən atılan yanacaq ərazidə yerləşən bir neçə məktəbə düşüb. Rəsmilər bildirib ki, hadisə 56 uşaq, o cümlədən böyük insanlar üçün dəri və ağciyər qıcıqlanmasına səbəb olub, - “Guardians'' xəbər verir.

Yanacaq təyyarədən iki xətlə axıb və güclü qoxu buxarı günortadan sonra hava limanından təxminən 21 km şərqə doğru, Cudahi şəhərinə və Los-Anceles əyalətinə yaxın ərazilərə yayılıb.

Hadisədən xəsarət az olub və heç kim xəstəxanaya yerləşdirilməyib. Heç bir təxliyə tədbirlərinə ehtiyac qalmayıb.

“Bu, yaxşı göstəricidir”,- Los Anceles müfettişi Skay Kornel (Sky Cornell) deyib.

Bütün yanacaq çox tez buxarlanıb və havada və yerdə yanar bir maddənin qalmadığı bildirilir.

Yanğın müfəttişi Henri Narvaez deyib ki, insanlar sabun və su ilə təmin ediliblər.

Təyyarə qalxdıqdan qısa müddət sonra Şanxaya uçan “Delta Air Lines 89" yenidən havalimanın dönməsini tələb edən mühərrik problemi yaşayıb. Təyyarə yanacağı buraxdıqdan sonra təhlükəsiz eniş edib. Yanacağın buraxılması təhlükəsiz eniş üçün normal prosedurun tərkib hissəsidir. Aviaşirkət mühərrik problemi ilə bağlı təfərrüatları açıqlamayıb.

Federal Aviasiya İdarəsi hadisənin araşdırıldığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/783wt1

Ən çox baxılan