Bu aksiyalar bütün Avropada təşkil olunur
Beynəlxalq tərəfdaşlıq qrupunun (hüquq-müdafiə və jurnalist QHT-lərinin koalisiyası) fəalları noyabrın 17-də Azərbaycanın Londondakı səfirliyinin qarısında piket keçiriblər. Aksiyanı Index on Censorship təşkil edib.
Hüquq müdafiəçisi Ramute Remeyzayte özünün Facebook səhifəsində yazıb: “Bu gün Londonda Azərbaycandakı yüz siyasi məhbus adına yüz şam yandırdıq. Dostlarım
İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynov
və
Anar Məmmədli
də onların arasındadlr. Bu aksiyalar bütün Avropada təşkil olunur. Britaniya polisi əla davrandı – bizə “yaxşı etiraz aksiyası” arzuladı. Belə bir etiraz aksiyası heç vaxt Bakıda baş tutmazdı”.
Qeyd edək ki, Brüssel, Varşava və Avropanın digər ölkələrində oxşar aksiyalar keçirilib (Turan İA).