***
19 iyun. 14.19.
Londonda “Grenfell Tower” adlı çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb.
“Anadolu” agentliyi bildirir ki, çoxlu sayda sakinin hələ də itkin düşmüş sayılır.
Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 10-nun vəziyyəti ağır qıymətləndirilib.
***
18 iyun.11.45. Euronews xəbər verir ki, ölənlərin sayı 58 nəfərdir və artmaq ehtimalı var. Yaranmış vəziyyət baş nazir Tereza Meye qarşı narazılıqları gücləndirib və onu istefa verməsini tələb edənlər var.
***
16 iyun.21.42.
Londonda “Grenfell Tower” çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində təqribən 70 nəfər ölüb. Məlumatı
“Sky News” yayıb. Ancaq rəsmi mənbələr bu barədə susur.
Məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.
***
Ölənlərin sayı 12-ə çatıb, 75 yaralı var.
***
Yanğınsöndürmə xidmətinin əməkdaşları indiyədək binada 6 cəsəd aşkar edib.
***
50 nəfər xəstəxanaya yerləşdirilib, ölənlər haqda məlumat var
İyunun 14-də Böyük Britaniya vaxtilə saat 00:54-də paytaxt Londonun qərbində 24 mərtəbəli, 120 mənzilli yaşayış binası yanıb. Yanğın günorta saatlarına qədər davam edib.
London Ambulans xidməti 50 şəxsin xəstəxanalara yerləşdirildiyini bildirib.
BBC-nin məlumatına görə, bütün bina alovun içindədir və binanın aşmaq təhlükəsi barədə qorxular var.
BBC-nin müxbiri Simon Lederman xeyli insanın itkin düşdüyünü deyib. O, yanğınsöndürənlərin yuxarı mərtəbələrdəki alovu söndürə bilmədiklərini söyləyib: “Yanan bina “kilometrlərlə məsafədən” görünür və bina onuncu mərtəbədən başlayaraq “nəzarətdən kənar yanır”.
London Yanğın komissarı Dany Cotton “bir neçə ölümün” baş verdiyini, lakin “binanın ölçüsü və mürəkkəbliyi” səbəbindən dəqiq rəqəm verə bilmədiyini vurğulayıb.
Paytaxt metrosu bəzi xətlərin dayandırıldığı haqda məlumat yayıb.