London və Brüsseldən Natiq Cəfərlinin həbsinə etiraz

”Onun həbsi Konstitusiyaya dəyişikliklər üzrə referendumun keçirilməsindən 6 həftə öncə baş verib”

Source:
Alan Dunkan
Alan Dunkan


”Onun həbsi Konstitusiyaya dəyişikliklər üzrə referendumun keçirilməsindən 6 həftə öncə baş verib”

Britaniyanın Avropa və ABŞ məsələləri üzrə naziri Alan Dunkan Azərbaycanda vətəndaş fəallarının həbsini pisləyən bəyanatla çıxış edib.

Bu barədə “Turan” agentliyi məlumat yayıb.

“Avqustun 12-də Azərbaycanda REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli şübhəli qanunsuz sahibkarlıq və sui-istifadə ittihamı ilə həbs olunub. Bundan əlavə, son günlər bir neçə vətəndaş fəalı həbs olunub.

Mən Natiq Cəfərlinin və digərlərinin həbsindən narahatam. Azərbaycanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə, insan hüquq və azadlıqları üzrə göstəricilərini yaxşılaşdırmağa çağırıram”, – Dunkan bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Federiki Mogerininin mətbuat xidməti də son həbsləri pisləyib.

“Natiq Cəfərlinin həbsi Konstitusiyaya dəyişikliklər üzrə referendumun keçirilməsindən 6 həftə öncə baş verib. Natiq Cəfərlinin üzvü olduğu REAL Hərəkatı bu dəyişikliklərin əleyhinə olub.

Onun, eləcə də bu prosesə cəlb edilən digər fəalların həbsi çox narahatedici xəbərdir.

Sentyabrın 26-da keçiriləcək referendum zamanı Azərbaycan əhalisi ölkənin siyasi sistemində ciddi dəyişikliklərə səs verməlidir. Bu məsələ ətrafında debatlar ekspertlərin və Venesiya Komissiyası kimi institutların iştirakı ilə plüralist olmalıdır”, – deyə  bəyanatda deyilir.

Ana səhifəXəbərlərLondon və Brüsseldən Natiq Cəfərlinin həbsinə etiraz