London rəsmi Bakıya çağırış etdi

Böyük Britaniya vətəndaş fəallarına hökm oxunmasını pisləyib

Source:

Böyük Britaniya vətəndaş fəallarına hökm oxunmasını pisləyib

Böyük Britaniya Xarici İşlər Nazirliyi öz bəyanatında Azərbaycan hakimiyyətini ədalət prinsiplərinə hörmətlə yanaşmağa və mənfi tendensiyaları dəyişməyə çağırıb.

Bəyanat mayın 26-da üç vətəndaş fəalına hökmün oxunması ilə əlaqədar qəbul olunub. Bundan öncə NİDA hərəkatının fəallarının  və müxalifət fəallarının barəsində hökm çıxarılıb.

Böyük Britaniya XİN nümayəndəsi Anar Məmmədlinin, Bəşir Süleymanlının və Elnur Məmmədovun azadlıqdan məhrum edilmələri barədə məhkəmə qərarından təəssüfləndiyini bildirib.

 Böyük Britaniya XİN hesab edir ki, demokratik cəmiyyətin inkişafında mühüm rol oynayan müstəqil müşahidəçilər öz işlərini təqib edilmək qorxusu olmadan həyata keçirməlidir (Turan İA).

Ana səhifəXəbərlərLondon rəsmi Bakıya çağırış etdi