”London aeroportunda saxlanılan şəxslər martda azad ediləcək”

London polisi: “Heathrow” aeroportuna eniş edən qadın sərnişin ona qarşı seksual hərəkətlər edilməsi ilə bağlı şikayət edib

Source:
London havalimanı polisi
London havalimanı polisi


London polisi: “Heathrow” aeroportuna eniş edən qadın sərnişin ona qarşı seksual hərəkətlər edilməsi ilə bağlı şikayət edib

“Yanvarın 24-ü saat 21:20 radələrində “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsi ilə “Heathrow” aeroportuna eniş edən qadın sərnişin ona qarşı seksual hərəkətlər edilməsi ilə bağlı şikayət edib”. Bu barədə Meydan TV əməkdaşının sorğusuna cavab olaraq adıçəkilən hava limanından bildirilib.

Qurumun açıqlamasına görə, həmin şəxslər hələ də Londonda saxlanılır:

“İnsidentlə bağlılığı olan 26, 28, 30, 32 yaşlarında 4 kişi həbs edilib. Onlar sorğu-sual üçün Qərbi London polis məntəqəsinə aparılıb. Onlar martda girov qarşılığında azad ediləcək”.

Yanvarın 25-də AZAL-ın mətbuat xidməti hadisə ilə bağlı məlumat yayaraq olayın həddindən artıq spirtli içki içən sərnişinin yaratdığını və bu səbəbdən də AZAL-ın əməkdaşlarının Londonda həbs edildiyini bildirmişdi. Növbəti gün isə qurum artıq əməkdaşlarının azad edildiyini bəyan etmişdi.

Ana səhifəXəbərlər”London aeroportunda saxlanılan şəxslər martda azad ediləcək”