Lombard qalmaqalı: Anamı şərləyib həbs etdiriblər

Zaur Əliyev Baş prokurordan kömək istəyir

Source:
Lombard
Lombard


Zaur Əliyev Baş prokurordan kömək istəyir

Bakıda metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən lombardın sahibi Məzburə Əliyeva həbs olunub. O, külli miqdarda dələduzluqda ittiham olunur.

İddia edilir ki, M.Əliyeva lombarda girov qoyulmuş qızıl-zinət əşyalarını mənimsəyərək, sahiblərinə qaytarmayıb. Onlar da hüquq-mühafizə orqanlarına şikayət ediblər.

58 yaşlı M.Əliyeva 20 gündür ki, həbsdədir. Lakin oğlu Zaur Əliyev deyir ki, anasına böhtan atırlar. Onun sözlərinə görə, anasından pul qoparmaq üçün onu şərləyirlər.

“Əksinə, anam Vüqar Bəkirov və Zəminə Məhərrəmovadan Daxili İşlər Nazirliyinə şikayət etmişdi. Şikayət araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdi. Nəvələrinin xaricdə təhsil alması məsələsində yardımçı olmaq üçün anamdan 10 min manat pul almışdılar. Nə pul qaytarıldı, nə də təhsil məsələsi düzəldi. Məsuliyyətdən yayınmaq üçün anamı şərləmək yolunu tutdular”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Z.Məhərrəmova və V.Bəkirov anasına qarşı başqa adamlardan da istifadə edib. Onlar da lombarda girov qoyduqları qızıl-zinət əşyalarının qaytarılmaması barədə şikayət ediblər. Amma sonradan bildiriblər ki, başqalarının təhriki ilə bu addımı atıblar və buna görə peşmandılar: “Həmin adamlarım əlimizdə ərizələri var. Etiraf edirlər ki, Zəminənin, Vüqarın təhrikiylə anama qarşı şikayətçi olublar”.

Z.Əliyev bildirir ki, anasının həbsi üçün heç bir əsas yoxdur. İstintaq heç bir mötəbər sübut olmadan, sadəcə, qarşı tərəfin sözüylə anasını dələduzluqda ittiham edib: “Adamdan bir soruşmazlarmı ki, hanı qızıllarının girov qoyulması barədə sənə verilmiş sənəd?”

Anasının özünün mütəşəkkil dəstənin şər-böhtanıyla həbsdə qaldığını deyən Z.Əliyev cinayət işinin obyektiv araşdırılması üçün Baş prokuror Zakir Qaralova da məktub göndərib. Yaxın günlərdə vəkil də M.Əliyevanın ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcək.

Ana səhifəXəbərlərLombard qalmaqalı: Anamı şərləyib həbs etdiriblər