Litvalı nazir: Rusiya pasport qərarıyla yeni Ukrayna hakimiyyətini test edir

Rusiya qərarı “olduqca düşməncə və əsasən təxribat” adlandırıb və qərarı verən hakimlərə araşdırma açılıb

Source: Foto: google.ru


''Bu, həm də bir oyundur''

Litvanın xarici işlər naziri aprelin 26-da bildirib ki, Şərqi Ukraynanın sakinlərinə rus pasportu verməklə Rusiya hakimiyyəti Ukraynanın yeni liderini sınamağa çalışır və Qərb bu sənədləri tanımamalıdır, – “Reuters” xəbər verir.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü pasportların verilməsinin asanlaşdırılmasına dair sərəncam imzalayıb. İmzalamadan üç gün öncə isə siyasi təcrübəsi olmayan komediyaçı Volodymyr Zelenskiy Ukraynanın prezident seçkilərində qələbə qazanaraq ölkənin yeni prezidenti oldu.

Ölkəsinin Moskva ilə gərgin münasibətləri olan Linas Linkevicius “Reuters”-ə müsahibəsində deyib ki, Qərb Rusiyaya yeni sanksiyalar tətbiq etməyi düşünməlidir.

"Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və əsasən də yeni (Ukrayna) rəhbərliyi üçün bir növ testdir. Bu, həm də bir oyundur", – Linkevicius deyib.

"Ən az edəcəyimiz bu pasportları tanımamaq olmalıdır. Bunu texniki olaraq necə etməyimiz isə müzakirə etmək üçün başqa bir mövzudur. Əlavə sanksiyalara da baxmamız lazımdır," – o deyib. Baltik ölkəsi olan Litva NATO və Avropa Birliyinə üzvdür.

Qərb ölkələri 2014-cü ildə Ukraynanın Krım bölgəsini birləşdirmək və Ukraynanın şərqindəki Kiyev qüvvələri ilə döyüşən silahlı separatçıları dəstəklədiyi üçün Rusiyaya sanksiya tətbiq edib. 2015-ci ildə Minskdə imzalanmış atəşkəsə baxmayaraq münaqişədə 13 min nəfər həlak olub.

Linkevicius cümə günü Zelensky prezident seçildikdən sonra Kiyevdə AB ölkəsindən ilk nazir olaraq pasport mövzusunu müzakirə edib.

“Zelenskiy həmçinin Rusiyaya heç bir güzəşt vermədən Minsk atəşkəs müqaviləsini yenidən müəyyən etmə ehtimalını qaldırıb,” – Linkevicius deyib.

Nazir Zelenskini bir gün AB-yə üzv olmağı ümid edən Ukraynanın üzləşdiyi "ən təhlükəli xərçəng" olan korrupsiyaya qarşı mübarizə aparmaqla bağlı seçki vədini yerinə yetirməyə çağırıb.

Litvanın Rusiya ilə münasibətləri keçən ay Vilnüs məhkəməsinin 1991-ci ildə Litvanın müstəqillik hərəkatına qarşı əməliyyatlarda rolu olmuş keçmiş SSRİ müdafiə naziri Dmitri Yazovu müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə günahkar bildikdən sonra gərginləşməyə başlayıb.

Rusiya qərarı "olduqca düşməncə və əsasən təxribat" adlandırıb və qərarı verən hakimlərə araşdırma açılıb.

Linkevicius Rusiyanı hakimlərdən intiqam almaq istəyərək, məhkəmə prosesini siyasiləşdirməyə çalışdığını deyir.

Ana səhifəDünyaLitvalı nazir: Rusiya pasport qərarıyla yeni Ukrayna hakimiyyətini test edir