''Lifttəmir'' İstehsalat Birliyi barəsində cinayət işi ilə bağlı işçi qrupu yaradılıb

Qüdrət Şükürov

Qüdrət Şükürov

Qüdrət Şükürov

Qüdrət Şükürov

''İlin əvvəlindən korrupsiya ilə bağlı 24 iş məhkəmələrə göndərilib''

“Cari ilin yanvar ayından bu günə qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciət daxil olub. Onlardan 181-i özəl sektorla, 55-i mənzil-tikinti sektoru, qalanları isə digər müəssisələrin fəaliyyəti ilə bağlıdır. 24 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib”.

Bu açıqlamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev oktyabrın 9-da səsləndirib.

Kamran Əliyev deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır. Mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək.

Eyni zamanda, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xgmuh8

Ən çox baxılan