“Lider TV”

Mənbə: Foto: arxiv

Başlıq: “Lider TV”

“Lider TV” əməkdaşlarını məzuniyyətə göndərib

“Bizdə olan məlumata görə efiri köhnə veriliş və filmlərlə dolduracaqlar”

“Lider TV” əməkdaşları özhesablarına məzuniyyətə göndərilib. Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən telekanal əməkdaşı məlumat verib. Bildirib ki, koronavirus yayılandan sonra telekanalın işi xeyli zəifləyib:

“Düzdür, əvvəl də bəzən aylarla maaş gecikə bilirdi. Ancaq yavaş-yavaş da olsa, ödəmə edilirdi. Ən azından verilişlər gedirdi, dayanmırdı. İndi hamını məzuniyyətə göndərdilər. Üstəlik, özhesablarına. Çünki şirkətin artıq işçilərin maaşını verməyə gücü çatmır”.

Mənbə bildirib ki, şirkətin bütün işçiləri məzuniyyətə göndərilməyib. 20-yə yaxın əməkdaş qalıb, işləyir:

“Ancaq ən vacib verilişlər gedəcək. Məsələn, onlardan biri xəbərlərdir. Qalan departamentlərin işçilərinin hamısı məzuniyyətə çıxıb. Şirkət təklif etdi ki, gəlin ərizənizi yazın və məzuniyyətə çıxın. Biz də belə etdik. Nə zaman çağırılsaq, işə dönəcəyik. Yəqin ki, yaxın zamanda hər şey bilinər. Çağırılmaq ehtimalı olub, olmadığını söyləyərlər. İnsanlar da ümid olub gözləməzlər”.

Yerli media “Lider TV”-nin əməkdaşlarının hamısının işdən çıxarılması ilə bağlı məlumat yayımlayıb. Ancaq mənbə bildirir ki, əslində belə deyil. Bu, sadəcə 3 aylıq bir müddətə məzuniyyətdir. Ancaq hər şey ola bilər. Məzuniyyət arta və ya həmin işçilər tamamilə işdən kənarlaşdırıla bilərlər:

“Bir də bir neçə nəfər texniki heyət saxlanılıb. Bizdə olan məlumata görə efiri köhnə veriliş və filmlərlə (seriallar) dolduracaqlar”.

Meydan TV “Lider TV” rəhbərliyindən məsələyə münasibət öyrənə bilməyib. Telekanaldan edilən zənglərə cavab verilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4itrpo

Ən çox baxılan