LGBTQ: “Biz siyasiləşərək gəlirik”

LGBTQ fəalları qürür ayı vəsiləsiylə 9 iyunda mətbuat konfransı keçirib. Son illərdə ilk dəfədir açıq kimlikləri ilə mətbuat konfransı keçirən fəallar LGBTQ icmasının məruz qaldığı ayrı-seçkilikdən, fiziki və psixoloji zorakılıqdan, nifrət cinayətlərindən söz açıb.

Konfransda iştirak edən feminist fəal Rəbiyyə Məmmədova deputatların çıxışlarında nifrət nitqi yaydıqlarını, hökumətin lgbtq fəalları ilə heç bir müzakirə aparmaq istəmədiklərini bildirib. Həmçinin fəallar müxalifətdə təmsil olunan partiyaların adlarının LGBTQ icması ilə hallanmasını özlərinə təhlükə kimi gördüklərini deyir.

LGBTQ icması açıq müzakirələri davam etdirməyi planlayır. Fəalların hədəfi ayrı-seçkiliklə bağlı qanun qəbl olunması, Cinayət Məcəlləsindəki qanunların dəyişdirilməsini mübahisələndirməkdir.

Ana səhifəVideoLGBTQ: “Biz siyasiləşərək gəlirik”