Leyla Yunusun vəziyyəti yenidən pisləşib

“Arıqlama, mədənin kiçilməsi və spazma prosesi gedir, bu da qusmaya səbəb olur”

Source:


“Arıqlama, mədənin kiçilməsi və spazma prosesi gedir, bu da qusmaya səbəb olur”

İyulun 30-da vəkil Elçin Qəmbərov müvəkkili Leyla Yunusa baş çəkib. “Onun səhhəti pisləşib. Mədəsində güclü ağrılar var, aramsız qaytarır və bunun nəticəsi olaraq qida qəbul edə bilmir”, deyə vəkil “Turan İA”a bildirib.

Lazımi tibbi xidmətin olmaması tam şəkildə müalicə aparılmasına imkan vermir. Hazırda o, qaraciyərin çürüməsinə qarşı həb içir, bunun üçün isə professor K.Vittin tövsiyəsinə görə, qida gücləndirilməlidir – meyvə və ət yeməkləri yeyilməlidir.

“Lakin həftədə bir dəfə ərzaq verilməsi, onun kamerada yalnız olmadığını nəzərə alaraq, tam şəkildə qidalanmağa imkan vermir. Arıqlama, mədənin kiçilməsi və spazma prosesi gedir, bu da qusmaya səbəb olur. Düşünürəm ki, bunun L.Yunus üçün nəticələrinin təhlükəsini anlamaq üçün tibbi biliklərə ehtiyac yoxdur”, deyə Elçin Qəmbərov bildirib.

Leyla Yunus diabetdən və hepatit C-dən əziyyət çəkir. Onun müalicəsi üçün dərmanları həbsxanada Yunusu müayinə etmiş alman həkimlər yazıb.

Ana səhifəXəbərlərLeyla Yunusun vəziyyəti yenidən pisləşib