Leyla Yunusun vəsatəti təmin edildi (VİDEO)

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib. Bundan öncəki proseslərdə olduğu kimi bu prosesdə də ictimayyət nümayəndələri və jurnalistlər zala buraxılmayıb.

Məhkəmə prosesi başladıqdan bir az sonra təxirə salınıb. Buna səbəb Leyla Yunus üçün gətirilən tərcüməçilərin hüquq müdafiəçisini qane etməməsi olub.

Vəkil Əfqan Məmmədov müvəkkili Arif Yunusun səhhətinin qənaətbəxş olmadığını deyir.

Növbəti proses avqustun 13-ü saat 10-da davam edəcək.

Ana səhifəVideoLeyla Yunusun vəsatəti təmin edildi (VİDEO)