“Psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir”
Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun vəkilləri növbəti bəyanat yayıblar. Meydan TV bəyanatı olduğu şəkildə dərc edir.
Tam məsuliyyətlə bəyan edirik ki, Leyla Yunusun fiziki durumu son həddə çatıb. Soyuq kamerada, isti sudan məhrum olunmuş L.Yunusun səhhəti kəskin şəkildə pisləşib. Keçirilmiş dörd cərrahiyə əməliyyatları öz mənfi fəsadlarını göstərir. Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. L.Yunus möhkəm iradə sahibidir, psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir.
Əqər qəti imkan tədbirini dəyişmək istəyi yoxdursa, heç olmasa L.Yunusu Penitensiar Xidmətinin xəstəxanasına təcili şəkildə yerləşdirmək lazımdır.
Vəkillər:
Xalid Bağırov
Cavad Cavadlı
Fariz Namazlı
Əlaif Həsənov
Elçin Qəmbərov
03 Oktyabr 2014-ci il.