Leyla Yunusun təşkilatı Amsterdamda qeydə alındı

Fevralın 23-də Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatı kimi Amsterdam Şəhər bələdiyyəsi tərəfindən qeydə alınıb.

Source:

Fevralın 23-də Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatı kimi Amsterdam Şəhər bələdiyyəsi tərəfindən qeydə alınıb. Bu barədə Meydan TV-yə məlumat institutun həbsdə olan direktoru Leyla Yunusun qızı Dinara Yunus tərəfindən daxil olub.

Sülh və Demokratiya İnstitutu 1995-ci ildə Leyla Yunus tərəfindən Bakıda təsis olunub. 20 illik dövründə SDİ Azəraycanda insan haqlarının müdafiəsi üzrə fəaliyyət göstərib. İnstitutun tərkibində Konfliktoloqiya və Miqrasiya Departamenti, o cümlədən, siyasi məhusların, qadınların hüquqlarının müdafiəsi departamenti də qurulub. Qadın Krizis Təşkilatı isə ayrıca fəaliyyətdə olub.

Ötən ilin 30 iyulunda həbs edilən Leyla Yunus Fransa Ali Ordeninə layiq görülüb. Ondan bir neçə gün sonra SDİ-nin Konfliktologiya və Miqrasiya Departamentinin rəhbəri Arif Yunus həbs edilib. Onlara qarşı vətənə xəyanət maddəsi irəli sürülüb. Hər iki şəxs açılan cinayət işini qurama və siyasi motivli hesab edir.

Leyla və Arif Yunus Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub.

Ana səhifəXəbərlərLeyla Yunusun təşkilatı Amsterdamda qeydə alındı