Vəkil Elçin Qəmbərov: “Həkimlər görmə qabiliyyətinin itirilməsini orqanizmin tamamilə zəifləməsi ilə əlaqələndirirlər”
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti getdikcə pisləşir. Sol gözündə görmə qabiliyyətinin itirilməsi prosesi gedir. Bu barədə “Turan İA”-a onun vəkili Elçin Qəmbərov bildirib.
Vəkilin sözlərinə görə, göz damcıları kömək etmir, çünki həkimlər görmə qabiliyyətinin itirilməsini orqanizmin tamamilə zəifləməsi ilə əlaqələndirirlər.
“Leyla xanımı tanıyanlar onu bu gün görsəydilər, xəstə, solğun, arıqlamış üzündən dəhşətə gələrdilər. Penitensiar Xidmət həkimlərinin gördüyü tədbirlərə baxmayaraq, həbsxana şəraitində sağlamlığın və görmə qabiliyyətinin bərpası qeyri-mümkündür.
Onu həbsdə saxlamağın nə mənası var? Nə gözləyirlər – sonradan təlaşa düşmək üçün ölümünümü? Məgər onun həbsi hökumətə az baş ağrısı gətirir?” – deyir vəkil.