“Hüquq müdafiəçisinə ağrıkəsici iynələr vururlar”
İki həftədir Bakı istintaq təcridxanasında saxlanılan şəkərli diabet xəstəsi olan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti pisləşib.
O, bu barədə dostlarına xəbər verib. Vətəndaş cəmiyyəti fəalı, həkim Azad İsazadənin “Turan İA”-a verdiyi məlumata görə, Leyla Yunusa ağrıkəsici iynələr vururlar.
Yunus həmçinin bildirib ki, Qırmızı Xaç Komitəsinin əməkdaşları ona baş çəkiblər.
Bununla belə, prokurorluq hələ də Yunus cütünün dostlarının onlara bağlama ötürməyə icazə vermək xahişinə cavab verməyib. Belə ki, Azərbaycanda bu ailənin üzvlərindən azadlıqda olan heç kim yoxdur.
Xatırladaq ki, Yunus cütü Ermənistanın xeyrinə casusluqda və digər cinayətləri törətməkdə ittiham edilərək həbs ediliblər. Lakin bu ittihamlar təsdiqini tapmayıb, “Amnesty İnternational” onları “vicdan məhbusu” kimi tanıyıb.