Vəkil: Şahidlərin ifadələri təhrif olunub və tam yazılmayıb
Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətinə baxılıb. Vəkil Elçin Sadıqov bildirib ki, o, məhkəmə protokolları ilə tanış olub və şahidlərin ifadələrinin təhrif olunduğunu və tam yazılmadığını müəyyən etdiyi üçün birinci instansiya məhkəməsi iclas protokollarına qeydlər verib.
“Ona görə hakim qeydlərin birinci instansiya məhkəməsində müzakirə edilib bununla bağlı müvafiq qərar qəbul olunana qədər prosesin qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edib”,-deyə vəkil Meydan TV-yə söyləyib..