Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi toplaşacaq

Komitə yenə də bütün siyasi məhbusların müdafiəsi ilə bağlı çalışacaq.

Source:


Komitə yenə də bütün siyasi məhbusların müdafiəsi ilə bağlı çalışacaq.

Tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsindən sonra ictimaiyyət nümayəndələri yığışaraq bu qanunsuz həbsə etiraz etmiş, siyasi məhbusların müdafiə ediləcəyini bəyan etmişdi. Həbslər son illərdə o qədər çox olur ki,  adətən hər bir siyasi məhbusla bağlı ayrıca müdafiə komitəsi yaradılmır, işçi qrupları formalaşır və fədakar adamlar vəkillərlə birlikdə məhbusların ictimai müdafiəsi üçün çalışırlar. İctimaiyyət də öz dəstəyini davam etdirir.  Amma yuxarıda haqqında danışılan tədbirdə Leyla xanımla bağlı müdafiə komitəsinin yaradılması elan olundu. O da elan olundu ki, Leyla xanım özü siyasi məhbusların müdafiəçisi olduğu üçün bu komitə bütün siyasi məhbusların müdafiəsi ilə bağlı olsun.  İşçi qrup yaradıldı və ora daxil olan insanlar həm Leyla xanımın, həm də sonradan həbs olunan dəyərli hüquq müdafiəçilərinin müdafiəsi üçün ( Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və s.) çalışdılar.

Bu günlərdə isə Yunuslar ailəsinin üzvü Ramis Yunus  Milli Şura sədri, professor Cəmil Həsənliyə müraciət etdi ki, Leyla və Arif Yunusun Müdafiə Komitəsinin sədri olsun. O da imtina etməyib.

Lakin bu məsələ Müdafiə Komitəsinin toplantısında qəbul olunmalıdır. Eyni zamanda Müdafiə Komitəsi siyasi məhbusların müdafiəsi ilə bağlı məsələləri müzakirə edəcək. Komitə yenə də bütün siyasi məhbusların müdafiəsi ilə bağlı çalışacaq.

Komitə üzvvləri və komitəyə üzv olmaq istəyənlər tədbirə dəvət edilir.

Toplantı 18 avqust 2014-сü il saat 12-də  Azərbaycan Ziyalılar Birliyinin ofisində olacaq. Ünvan: Bakı şəhəri,  Şamil Əzizbəyov küçəsi, 203.

Ana səhifəXəbərlərLeyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi toplaşacaq