14.20.
Avqustun 4-də Pentisiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov “mediaforum” saytına deyib ki, Leyla Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqları tamamilə əsassızdır: “Leyla Yunusun guya ona qarşı təxribat hazırlanması barədə uydurma iddiası yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür. Penitensiar Xidmət bəyan edir ki, hər hansı müəssisədə saxlanılan şəxslərin təhlükəsizliyi qanunvericiliklə qorunur. Təqsirləndirilən şəxslər və ya məhkumlar tərəfindən digərlərinə qarşı qeyri-insani rəftar yolverilməzdir və Penitensiar Xidmət buna tam təminat verir.
Leyla Yunusun səhhəti ilə bağlı iddialarına gəlincə, bildiririk ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən onun tibbi müayinədən keçirilməsi və zəruri müalicəsi təmin edilib”.
***
“Nəzarətçi Nəzakət Məmmədova və onunla eyni kamerada qalan residivist Nariya Hüseynova ona psixoloji təzyiq göstərir”
1 saylı Kürdəxanı istintaq təcridxanasında həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, ona qarşı təxribat hazırlanır və cümə günü, sentyabrın 5-də o, karserə düşə bilər.
Vicdan məhbusu bildirib ki, nəzarətçi Nəzakət Məmmədova və onunla eyni kamerada qalan residivist Nariya Hüseynova ona psixoloji təzyiq göstərir.
Təcridxana rəhbərliyi ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnir.
Diabet xəstəsi olan Yunusa lazımi tibbi xidmət də göstərilmir.
Leyla Yunus iyulun 30-da digər hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanın vahid siyasi məhbuslar siyahısını tərtib etdikdən sonra həbs edilib. O və həyat yoldaşı Arif Yunus dövlətə xəyanətdə ittiham olunub (Turan İA).