“Leyla Yunusa və vəkillərinə qarşı təzyiqə son qoyulsun”

Azərbaycan hökumətinə 9 dekabr 1998-ci il tarixli bəyannaməsinə və insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi üzrə öhdəliklərinə əməl etmək çağırışı edildi

Source:


Azərbaycan hökumətinə 9 dekabr 1998-ci il tarixli bəyannaməsinə və insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi üzrə öhdəliklərinə əməl etmək çağırışı edildi

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) noyabrın 6-da vicdan məhbusu Leyla Yunusa və onun vəkillərinə qarşı bitmək bilməyən təzyiqləri pisləyən bəyanat yayıb.

İƏÜT Leyla Yunusun və onun həyat yoldaşının həbs müdətinin 4 ay uzadılmasından, vəkillərin onların müdafiəsindən kənarlaşdırılmasından  təəccübünü və qəzəbini ifadə edir.


Təşkilat Azərbaycan hakimiyyətindən Yunusların tibbi, fiziki və psixoloji toxunulmazlığının təmin edilməsi üçün təcili və adekvat tədbirlər görməyi, habelə Azərbaycan QHT-lərinə qarşı artmaqda olan repressiyalara son qoymağı, həbs edilmiş hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyi tələb edir.


Bu zaman İƏÜT BMT-nin hüquq müdafiəçilərinin müdafiəsi zərurəti haqqında 9 dekabr 1998-ci il tarixli bəyannaməsinə və insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi üzrə öhdəliklər haqqında Azərbaycan hökumətinin qoşulduğu digər beynəlxalq sənədlərə istinad edir (Turan İA).

Ana səhifəXəbərlər“Leyla Yunusa və vəkillərinə qarşı təzyiqə son qoyulsun”