Təqdimat məqarimində Polşanın siyasi elitasıyla yanaşı Avropa dövlətlərinin bir çox rəsmiləri iştirak edib
Oktyabrın 24-də həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa “Sergio Vieira de Mello” mükafatı verilib. Məlumatı Polşanın http://krakow.gazeta.pl yayıb. Təqdimat məqarimində Polşanın siyasi elitasıyla yanaşı Avropa dövlətlərinin bir çox rəsmiləri iştirak edib. Azərbaycanı isə tanınmış siyasi mühacir Ataxan Əbilov təmsil edib.
Bildirildiyinə görə, mükafat 19 avqust 2003-cü ildə İraqda partlayış nəticəsində həlak olan BMT-nin İnsan haqqları üzrə Ali Komissarı Sergio Vieira de Mellonun adınadır. Mükafat bir sıra beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib. Mükafat nufuzlu hüquq müdafiəcilərinə, sülh ugrunda mübarizə aparan şəxlərə verilir.