Leyla Yunusa hücum etdiyi deyilən qadına 9 il iş verildi

Nuriyyə Hüseynova dələduzluqda təqsirləndirilir

Source:


Nuriyyə Hüseynova dələduzluqda təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hakim Rahib Salmanov Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən Nuriyyə Hüseynovanı 9 il azadlıqdan məhrum edib.

N. Hüseynova dəfələrlə məhkumluq həyatı yaşayıb. O, Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılıb. Leyla Yunus ötən il, sentyabrın 8-də həmin qadının hücumuna məruz qalması ilə bağlı məlumat vermişdi. L.Yunusun vəkillərinin mətbuata verdiyi açıqlamalara görə, Nuriyyə Hüseynova heç bir əsas olmadan Leyla Yunusa qarşı hücuma keçib, ona hədə- qorxu gəlib, onu nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus ona hücum edildiyini bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. Əksinə, ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə ona töhmət verilib.

Ana səhifəXəbərlərLeyla Yunusa hücum etdiyi deyilən qadına 9 il iş verildi