Leyla Yunus Tibbi Xidmətinin həkimlərinə etibar etmir

Vəkili hüquq müdafiəçisinin müstəqil tibbi müayinədən keçirilməsini zəruri sayır

Source:


Vəkili hüquq müdafiəçisinin müstəqil tibbi müayinədən keçirilməsini zəruri sayır

Hüquq müdafiəçisi Leyla Yunus Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin həkimlərinə etibar etmir. Bu barədə “Turan” İA-ya hüquq müdafiəçisinin vəkili Elçin Qəmbərov ombudsmanın L.Yunusa Ədliyyə Nazirliyi həkimləri tərəfindən tibbi yardım göstərildiyi haqqında məlumatlarını şərh edərkən bildirib.

Hüquq müdafiəçisi həbsxana həkimlərinə etibar etmir, belə ki, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində dəfələrlə təxribatlara, kamera yoldaşı və İT əməkdaşı tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Bu zaman onun özünü inzibati qaydada cəzalandırıblar.

Müdafiə tərəfi L.Yunusun müstəqil tibbi müayinədən keçirilməsini zəruri hesab edir.

Vəkilin sözlərinə görə, L.Yunusun vəziyyətində yaxşılaşma yoxdur: əvvəlki kimi onun təzyiqi və şəkəri yüksəkdir. O, çətinliklə hərəkət edir və hətta əl ağacı gətirməyi xahiş edib.

Müdafiə tərəfi hesab edir ki, L.Yunusun bundan sonra həbsdə saxlanılması onun həyatı üçün təhlükəlidir.

Bir müddət əvvəl Penitensiar Xidmət L.Yunusa qarşı heç bir təzyiq olmadığını və onun hüquqlarının təmin edildiyini iddia edib.

L.Yunus iyulun 30-da dövlətə xəyanət və bir sıra digər cinayətləri törətmək ittihamı ilə həbs edilib.

“Amnesty International” L.Yunusu «vicdan məhbusu” kimi tanıyır.

Ana səhifəXəbərlərLeyla Yunus Tibbi Xidmətinin həkimlərinə etibar etmir