Vəkil Xalid Bağırov: “O, yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq”
Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Arif Yunus tutulandan MTN təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır. Lakin oktyabrın 20-də Leyla Yunus da MTN-in istintaq təcridxanasına aparılıb.
Oktyabrın 22-də vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, Leyla Yunusun MTN təcridxanasına aparılması istintaq hərəkətləri ilə bağlı olub. Vəkilin sözlərinə görə, həmin istintaq hərəkətləri oktyabrın 21-də başa çatıb, bu səbəbdən Leyla Yunus yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq. Amma vəkil bunun nə vaxt reallaşacağını dəqiq bilmədiyini söyləyib.