Leyla Yunus MTN və Prokurorluğa cavab verdi

“Yazdıqlarınız intellektuallar üçün nəzərdə tutulmayıb”.

Source:



Yazd


ı


qlar


ı


n


ı


z intellektuallar


üçü


n n


ə


z


ə


rd


ə


tut


ulmay


ı


b”.

İyulun 16-da Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi aprelin 19-dan MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist, Gerd Butserius mükafatı laureatı Rauf Mirqədirovla bağlı birgə məlumat yayıb. Əlbəttə, mən stalinizm, makkartizm, maoizm dövrünün ruhuna uyğun ittihamlar gözləyirdim. Amma bu cür aşağı səviyyədə qeyri-peşəkarlıq, doğrusu, gözləmirdim. Hərçənd, başa düşürəm ki, Baş Prokurorluq və MTN-nin bütün bəyanatları “Fatma xala, Nuru baba, İlham dayı, Knarik xala, Samvel dayı” üçün nəzərdə tutulub.

Təsəvvür edirsinizmi, Azərbaycanın təhlükəsizlik orqanları nə boyda böyük iş görüb, aşağıdakı məlumatları düşmənə ötürən casus şəbəkəsini ifşa ediblər. Həmin məlumatları sadalayıram: ölkədəki ictimai-siyasi vəziyyət, sənaye, enerji, hərbi-texniki sahələrlə bağlı informasiyalar, hərbi hissələrin, aerodromların və digər mühüm dövlət əhəmiyyətli obyektlərin yerləşmə sxemi və fotoşəkillərindən ibarət dövlət və hərbi sirr təşkil edən materiallar.

Bundan başqa, guya, Rauf Mirqədirov Azərbaycan hökumətinin ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatları zamanı ölkə ərazisindən istifadəsinə razılıq verməsi, amerikalıların Bakıda gizli hərbi obyektlər inşa etdirməsi, Irana hava zərbələri zamanı istifadə məqsədilə Zığ yolundakı beton şossenin tikintisinin ABŞ tərəfindən maliyyələşdirilməsi barədə məlumatları da ötürüb. Həmçinin bu məlumatlara fotoşəkillər, sadalanan və digər hərbi obyektlərin sxemləri də əlavə olunub.

Cənab müstəntiqlər, siz ümumiyyətlə, hansı əsrdə yaşayırsız? Sizə ölkənin ən yaxşı adamlarına qarşı nələrsə fikirləşib saxta ittihamlar hazırlamaqdan başqa da nələrsə öyrədiblərmi? Hətta saxtalaşdıranda da çalışıb, bunu peşəkarlıqla və həqiqətə yaxın eləmək lazımdır.

Cənab müstəntiqlər, XXI əsrin ilk yarısında silahların sayı, yerləşməsi, hərbi obyektlərin, yolların tikintisi barədə məlumatlar açıq informasiyalardır. Avropada adi silahlara dair 19 noyabr 1990-cı ildə Parisdə imzalanmış razılaşmaya, həmçinin etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri çərçivəsində ATƏT eqidası altında işlənib hazırlanmış Vyana müqaviləsinə görə, həmin məlumatlar təqdim olunmalıdır.

Əgər siz bilmirsinizsə, izah edim ki, razılaşmaya görə, ATƏT ölkələri (bilmirsinizsə, öyrənin ki, Azərbaycan da ATƏT-in üzvüdür) hərbi qüvvələri, bu sahədəki xərcləri, qoşunlar, hərbi təlimlər, silahlı qüvvələrin inkişaf planları və s. məlumatları mütəmadi olaraq, bir-birilə bölüşməlidir.

Məsələn, Azərbaycan təkcə tanklar və ya təyyarələrin sayını deyil, konkret olaraq, onların növü, görünüşü, harada yerləşdiyi haqda məlumatları da açıqlayır. Özü də hərbi aerodrom və ya hərbi hissənin adı kifayət deyil, onların coğrafi koordinatları da göstərilməlidir ki, kosmosdan peyklər vasitəsilə və ya hərbi təftiş zamanı bu məlumatları yoxlamaq mümkün olsun.

Sovet dövründə bu cür məlumatların yüzdə birinə görə adamları casus kimi həbs edirdilər. İndi isə bizim Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyilə razılaşmadan sonra bütün bu məlumatları ATƏT-in Vyanadakı mənzil-qərargahına göndərir. Və silahlı qüvvələr barədə bütün məlumatlarla ATƏT üzvü olan istənilən ölkənin rəhbərliyi tanış ola bilər. Deməli, bu, ATƏT üzvü olan Ermənistana da aiddir.

Başqa sözlə, Baş Prokurorluq və MTN əməkdaşları həmin məlumatların xaricə, o cümlədən Ermənistana ötürülməsinə görə bu halda, xarici işlər və müdafiə nazirlərini həbs etməlidir.

Onu da qeyd edim ki, bütün bu məlumatlar açıq informasiyalardır. Onları sonradan dərc edib, müxtəlif dillərə tərcümə edirlər. Həmin məlumatlarla ATƏT-in saytında, həmçinin müxtəlif institutların, o cümlədən London Kral Institutunun materiallarında tanış olmaq olar. Bu sahədə nüfuzlu qurumlardan olan Stokholm Beynəlxalq Sülh Araşdırma Institutunun dərc etdirdiyi illik “Hərbi balans” jurnalı da bura aiddir.

Yəni, bu gün internet vasitəsilə istənilən ölkənin silahlı qüvvələri haqqında tam məlumat almaq mümkündür. Məsələn, “Vikipedia”da Azərbaycan ordusu barədə ayrıca sayt var ki, oradan da ətraflı məlumat və şəkillər, o cümlədən hərbi heyətin sayı, komandirlərin soyadları və s. informasiyaları əldə etmək mümkündür.

Həmçinin dünya ölkələrinin orduları haqda ayrıca ixtisaslaşmış sayt da var.

Hansısa obyekt və yolların sxemlərinin ötürülməsinə gəlincə, cənablar, yəqin ki, siz bilmirsiz, XXI əsrdə “Google map” deyilən bir şey var. Siz bu sayta daxil olub, ölkənin istənilən yaşayış məntəqəsi, yolları barədə kosmosdan məlumatları əldə edə bilərsiz.


Ə


g


ə


r b


ü


t


ü


n bu m


ə


lumatlar


ı


adam


ö


z


ü



ə


ld


ə


ed


ə


bilirs


ə


, ona


ö


t


ü


rm


ə


y


ə


n


ə


ehtiyac var?

Bizim qaçqınların bir çoxunun evində onların evləri və ya kəndlərinin kosmosdan çəkilmiş şəkilləri var. Əgər lazım olan texniki avadanlıq varsa, bu gün kosmosdan, hətta yerdəki kibrit qutusunun da şəklini çəkmək mümkündür.

Bu gün açıq informasiya, şəffaflıq şəraitində jurnalist də, MTN-nin müstəntiqi də dünyanın istənilən ölkəsinin Hərbi Hava Qüvvələri barədə əvvəlki dövrlərdə qapalı tutulan məlumatları əldə edə bilər. Amma dövlət sirri təşkil edən və qorunan məlumatlara heç kimin çatım imkanı yoxdur. Nə MTN müstəntiqi kimi sizin, nə Raufun, nə də mənim – “bütün dövrlərin və xalqların casusu”nun…

Başa düşürəm ki, sizin yazdıqlarınız intellektuallar üçün nəzərdə tutulmayıb. Ona görə səviyyəmizi bir az aşağı salaq. Artıq üç aydır ki, zombi kimi, hamını “istintaq sirri”nin yayılmasına görə məsuliyyət barədə xəbərdar edirsiz. Aprelin 29-da 9 saatlıq dindirmədə mən çox dəqiq izah elədim: “Istisnasız olaraq, hamının ölkənin ən yaxşı vətəndaşlarına qarşı saxta ittiham qondarmaqla məşğul olduğu idarənizdə istintaq sirri yoxdur və ola da bilməz”.

Iyulun 16-da yaydığınız birgə məlumatınızla da bunu təsdiqlədiniz. Əgər Rauf Mirqədirovun təqsiri barədə “sübutları” özünüz şüurlu şəkildə mediada yayırsınızsa, hansı istintaq sirrindən söhbət gedə bilər?


Ö


z


ü


n


ü


z





yay


ı


rs


ı


z






Sözsüz ki, Rauf Mirqədirovun günahkar olduğunu təsdiqləyən heç bir sübut yoxdur və ola da bilməz. Çünki o, heç vaxt Vətənimizin əleyhinə heç bir addım atmayıb.

Sizin kimilər isə istintaq orqanlarında həmişə olub – onlar Yejov və Beriyanın rəhbərliyi altında NKVD divarları arxasında çox adamları güllələyiblər, ötən əsrin 40-50-ci illərində Makkartinin dövründə ABŞ türmələrində insanları çürüdüblər. Bu gün siz Ilham Əliyevin adını diktatorların həmin “qara siyahı”sına yazırsız.

Rauf Mirqədirovun işi isə rəhmətlik Novruzəli Məmmədovun işi kimi, ölkədə hüquqi özbaşınalığın simvolu olacaq.

Yeri gəlmişkən, sizi möhtəşəm agentiniz Samvelə görə təbrik etmək yadımdan çıxmışdı. Görünür, o, özünəqapanma xəstəliyindən əziyyət çəkir deyə, qiymətli informasiyanı beş il yarımdan sonra göndərib. Bu, ağır xəstəliyin göstəricisidir.

Bu arada, kim deyir ki, bitkin və sağlam adamlar sizinlə münasibət qura, xüsusən əməkdaşlıq edə bilər?!

“Azadlıq” qəzeti

Ana səhifəXəbərlərLeyla Yunus MTN və Prokurorluğa cavab verdi