Leyla Yunus məhkəməsində olanları eşitmədi (VİDEO)

“Məndə serroz var. Alman həkim 14 avqustda gəlib məni müayinə etdi ve dedi ki, 2 ay müalicə müəssisəsində müalicə almalısan. Amma 6 günden sonra məni müalicə müəssisəsindən qovdular. Oradakı iki həkim sadistdir”. Bu sözləri 15 oktyabrda Bakı Apellyasiya Məhkəməsində zala gətirilən Leyla Yunus deyib.

Leyla Yunus onu şüşə kameraya salmaq istəyən məhkəmə işçilərinə etiraz edib və içəri keçmək istəməyib. Məhkəmə işçiləri ilə baş verən mübahisədən sonra xanım Yunus şüşə kameraya salınıb.

Hakim Vüqar Məmmədov Elçin Sadıqovun ilkin məhkəmə protokolu ilə tanış olmaq ücün vəsatət verdiyini deyib. Hakim vəsatəti təmin edib. Amma Elçin Sadıqovun protokolla tanışlığı gecikdiyindən proses 20 oktyabr saat 15.00-a təxirə salınıb.

Şüşə kamerada mikrafon qoşulmadığından Leyla Yunus məhkəmədə olanlardan xəbərsiz olub. Kamerada mikrafonun qoşulmasını tələb etdiyinə görə Müsavat başqanı Arif Hacılı məhkəmə zalından çıxarılıb.

Ana səhifəVideoLeyla Yunus məhkəməsində olanları eşitmədi (VİDEO)