Leyla Yunus məhkəmədə qulaqlarını yumdu (VİDEO)

Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun şikayətinə baxılıb. Səhhətində yaranmış problemlə əlaqədar onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi gözlənilirdi. Amma bu baş vermədi.

Prosesdə Leyla Yunusun vəkilləri son çıxışlarını ediblər. Yunusovlara bəraət hökmü çıxarılmasını istəyiblər. Prokurun çıxışı zamanı Leyla Yunus etiraz olaraq əlləri ilə qulaqlarını  tutub. Hakim təqsirləndirilən şəxslərin son çıxışı üçün məhkəməni 10 dekabra təxirə salıb. Vəkillər bildirib ki, son çıxış üçün məhkəmədən vaxt istəməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Arif Yunus haqda həbs qətimkan tədbirinin çıxarılması barədə qərar verib.

Ana səhifəVideoLeyla Yunus məhkəmədə qulaqlarını yumdu (VİDEO)