Leyla Yunus izləndiyini iddia edir

Hüquq müdafiəçisi mətbuatın onu diqqətdə saxlamasını xahiş edib

Source:


H


ü


quq m


ü


dafiəçisi mətbuatın


onu diqq


ə


td


ə


saxlamas


ı


n


ı


xahi


ş


edib

Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru, hüquq müdafiəçisi Leyla Yunus izləndiyini iddia edir.

SDİ direktoru Meydan TV-yə göndərdiyi açıqlamada bildirir ki, iyulun 29-da saat 14.40-da yaşadığı binanın qarşısında (N.Nərimanov prospekti 125-də) “10 FZ 120” nömrəli, “Niva” markalı maşın dayanıb. Avtomobildə 2 idmançı olub: “Həyat yoldaşım Arif Yunus dükana gedəndə avtomobil onu izləyib. Gün ərzində açıq şəkildə izlənmə olub”.

Hüquq müdafiəçisi saat 17.00-da sevdiyi müğənni Flora Kərimovanın qonağı olacağını söyləyərək, mətbuatın onu diqqətdə saxlamasını xahiş edib.

Ana səhifəXəbərlərLeyla Yunus izləndiyini iddia edir