Leyla Yunus iyulun 7-də prokurorluğa çağrılıb

“Ləmbaranski mənimlə kobud və təmkinsiz danışırdı”

Source:


“Ləmbaranski mənimlə kobud  və təmkinsiz danışırdı”

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 7-də səhər saat 10-da Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Leyla Yunus Meydan TV-yə bildirib ki, iyulun 4-də saat 16.05-də müstəntiq İbrahim Ləmbaranski ona zəng edərək ifadə verməyə dəvət edib: “Mən ona dedim ki, prokurorluq qanun və hüququmu pozur. Aprelin 28-də mənim, həyat yoldaşımın xarici pasportları və mənzilimizin sənədləri qanunsuz olaraq götürülüb. İki aydan çoxdur sənədlərimiz qaytarılmır. Ona görə müstəntiqə dedim ki, sənədlər qaytarılandan sonra mən prokurorluğa gələcəm”.

Leyla Yunus başa düşür ki, sənədlərin qaytarılması məsələsini Ləmbaranski həll etmir: “Mən sadəcə, ona dedim ki, rəhbərliyə qanun və hüquqlara riayət etməyi çatdırsın. Amma Ləmbaranski mənimlə kobud  və təmkinsiz danışırdı. O, sənədlərin qaytarılmayacağını və idarəyə gəlməyimi tələb etdi”.

Leyla Yunus media və həmkarlarına xitabən telefon danışığından 4 nəticə çıxardığını bildirib: “Prokurorluq əvvəlki kimi saxta ittihamlarla həbs etmək istəyir. 4 iyulda mənə üçüncü hücum oldu. Aprelin 28-də həyat yoldaşımla qanunsuz olaraq hava limanında saxlanılaraq 9 saat dindirilmişik, bu, prokurorluğun cinayəti idi. Mayın 29-da müstəntiq İbrahim Ləmbaranski ikinci dəfə məni dindirilməyə çağırdı, görünür, 9 saatlıq dindirilməm yetərli olmayıb, mən prokurorluğa getməyə etiraz etmədim. Sadəcə, sənədlərimizin qaytarılmasını istədim, amma qaytarmadılar. Hətta məni polis zoru vasitəsilə aparmağa cəhd etsələr də, jurnalistlərin müdaxiləsi buna imkan vermədi. Üçüncü, yenidən mənzilimizə MTN-nin, polisin, prokurorluğun əməkdaşlarının hücumunu gözləyirəm. Prokurorluq qanun və hüquqları pozmaqda davam edir. Ona görə mövcud durumu diqqət saxlamağı xahiş edirəm”.

Ana səhifəXəbərlərLeyla Yunus iyulun 7-də prokurorluğa çağrılıb