“Mən digər Avropa ölkələri və ABŞ-dakı jurnalistlərə səslənirəm: fransalı həmkarlarınızı dəstəkləyin, azadlığı, bərabərliyi, qardaşlığı dəstəkləyin”
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus sentyabrın 22-də həbsxanadan öz müraciətini göndərib. O, Azərbaycanda vəziyyətə dair böyük material hazırlayan fransalı telereportyorlara öz təşəkkürünü bildirib.
“Fransanın “France 2” telekanalına öz təşəkkürümü bildirirəm.
Mən 2014-cü ilin mayında Bakıda görüşümüzü xatırlayıram. Ariflə birlikdə həbs olunacağımızı öncədən hiss etmişdim. İndi isə aydın başa düşürəm ki, məqsəd bizi fiziki baxımdan məhv etməkdir. Necə ki Stalin deyib: “İnsan yoxdursa, problem də yoxdur”. Bizə göstərdiyiniz dəstək və həmrəyliyə görə təşəkkür edirəm.
Mən digər Avropa ölkələri və ABŞ-dakı jurnalistlərə səslənirəm: fransalı həmkarlarınızı dəstəkləyin, azadlığı, bərabərliyi, qardaşlığı dəstəkləyin”, – müraciətdə deyilir.
Fransa telkanalının bir saat yarımlıq reportajı Azərbaycanda və Qazaxıstanda insan hüquqlarının pozulmasına, korrupsiyaya, həmçinin fransalı siyasətçilərin buna bağlılığına həsr edilib.
Turan IA