Leyla Yunus Avropa Olimpiya Komitəsinə boykot müraciəti göndərdi

“Ölkəmizin azad düşüncəli və ədalətli vətəndaşları bütün dünyada Avropa Oyunlarının avtoritar, qanla və göz yaşı ilə bulanmış Azərbaycanda keçirilməsinə etiraz aksiyasına başlayır”

Source:


“Ö


lk


ə


mizin azad d


üşü


nc


ə


li v


ə



ə


dal


ə


tli v


ə


t


ə


nda


ş


lar


ı


b


ü


t


ü


n d


ü


nyada Avropa Oyunlar


ı


n


ı


n avtoritar, qanla v


ə


g


ö


z ya


şı


il


ə


bulanm


ış


Az


ə


rbaycanda ke


ç


irilm


ə


sin


ə


etiraz aksiyas


ı


na ba


ş


lay


ı


r”

Sülh və Demokratiya İnstitutu yanında Repressiyalara Müqavimət Mərkəzi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykot kampaniyasına başlayıb.

Müvafiq müraciət Avropa Olimpiya Komitəsinə və bu komitənin Avropa İttifaqındakı ofisinə göndərilib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun yaydığı bəyanatda bu barədə deyilir.

Hüquq müdafiəçisi “insan hüquqlarının və demokratik azadlıqların pozulduğu avtoritar Azərbaycanda” Olimpiya Hərəkatının himayəsi altında Oyunların keçirilməsini “yolverilməz” hesab edir.

“ХХ əsrdə Olimpiadanın əsas prinsipləri – tolerantlıq, sülhə sadiqlik pozulmağa başlayıb. 1936-cı ildə faşistlər hakimiyyətə gəldikdən sonra Olimpiya Oyunları Berlində keçirilib. Yalnız İkinci Dünya Müharibəsindən sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 30-cı illərdə müharibə siyasətinin yalnış olduğu bildirilib və BOK açıq şəkildə üzr istəyib.

Lakin BOK-un 1980-cı ildə ХХII Olimpiya Oyunlarını Moskvada keçirməklə bağlı qərarından yarım əsr keçməyib. O zaman dünyanın 64 ölkəsi Olimpiadanın Moskvada keçirilməsini boykot etmişdilər. Onlar Əfqanıstana qoşun yeridilməsinə, sovet dissidentlərinin və yəhudilərin təqib olunmasına etiraz edirdilər.

SSRİ-nin bütün qüsurlarını mənimsəmiş Putin Rusiyası Olimpiya Oyunlarının əsasını təşkil edən sülh və tolerantlq ideyaları üzərində qələbə ilə fəxr edir. Məhz BOK-un bu dağınıqlığı qafqazlı diktator İlham Əliyevi avtoritar Azərbaycanda Olimpiya Oyunlarının keçirilməsinə ruhlandırıb” – L.Yunusun bəyanatında belə deyilir.

Sənəddə Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, yaşamaq hüququ, işğəncələrdən müdafiə, mülkiyyət, ədalətli məhkəmə hüququnun pozulduğu qeyd olunur, konkret nümunələr göstərilir.

Leyla Yunus 11 jurnalist və bloqqer, 5 hüquq müdafiəçisi, 11 gənc fəal, 2 müxalifət liderinin həbsdə olduğunu fakt kimi misal çəkir: “Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması vətəndaşları ədalətli məhkəmə hüququndan məhrum edib və özgə fikirli hər kəs siyasi sifarişlə mühakimə oluna bilər”.

L.Yunus Avropa Oyunlarının Bakıda keçirilməsinə yenidən baxılmasına çağırıb.

“Ölkəmizin azad düşüncəli və ədalətli vətəndaşçları bütün dünyada Avropa Oyunlarının avtoritar, qanla və göz yaşı ilə bulanmış Azərbaycanda keçirilməsinə etiraz aksiyasına başlayır” – müraciət bu fikirlərlə bitib.

İyulun 25-də saat 14.00-da Sülh və Demokratiya İnstitutunun ofisində boykot kampaniyasının strategiya və taktikasının təqdim olunması ilə bağlı mətbuat konfransı keçiriləcək.

Ana səhifəXəbərlərLeyla Yunus Avropa Olimpiya Komitəsinə boykot müraciəti göndərdi