Leyla Yunus: “Arifi də, məni də öldürmək istəyirlər” – Bəyanat

Arif Yunus MTN təcridxanasındadır

Source:

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bəyanat verib. Bəyanatda deyilir:

“30 iyun 2014-cü il tarixində mən və həyat yoldaşım Arif saxta ittihamlarla bir sıra ağır cinayətlərdə, o cümlədən, dövlətə xəyanətdə günahlandırıldıq. Elə həmin gün məni həbs edib, Kürdəxanı istintaq təcridxanasına gətirdilər.

 Avqustun 5-də Arifi həbs etdilər və Kürdəxanıya gətirdilər.

Avqustun 7-də isə onu MTN təcridxanasına apardılar. Mən siyasi məhbus problemi ilə uzun müddətdir məşğulam və MTN-dəki işgəncələrdən çox yaxşı xəbərdaram. Qərarı da gözəl anlayıram – ailəmizi – Arifi də, məni də fiziki olaraq, məhv etmək.

2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra məni də öldürüləcəyim barədə xəbərdar etmişdilər. Əlbəttə ki, mən də qorxurdum. Amma, görünür, o zaman – biz bu məlumatı yaymışdıq – öldürmək qərarından vaz keçdilər. Bu günsə, 2014-cü ildə Azərbaycandakı qanlı tiraniya artıq heç bir sərhəd tanımır.

Mən tam aydınlığı ilə anlayıram bunu – mənə və Arifə vəhşicəsinə, ölənəcən əzab verəcəklər…

Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın! Qoy eşitsinlər və bilsinlər ki, Azərbaycanda – Avropa Şurasına rəhbərlik edən ölkədə necə bir qanlı tiranlıq hökm sürür”.


Leyla Yunus


8 avqust, 2014

Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsindən qeyd: Arif Yunusun həbsindən sonra Leyla Yunusa sovqat, o cümlədən, ərzaq və dərman aparılması üçün dostlar müstəntiqən icazə istəyiblər. Müstəntiq İbrahim Ləmbəranski bu icazənin verilməsini uzadır. Leyla Yunusun dərmanları bitib və bu dərmanlar ona çatdırılmasa, vəziyyəti çox pis olacaq.

Ana səhifəXəbərlərLeyla Yunus: “Arifi də, məni də öldürmək istəyirlər” – Bəyanat