Leyla və Arif Yunusun məhkəməsində etiraz (VİDEO)

Leyla və Arif Yunusun ayın 28-nə təyin olunmuş Bakı Ağır Cinayətlərdəki məhkəmə prosesinə gələnlər içəri buraxılmayıb. Prosesə qatılmaq istəyənlər gözləmə otağının qapısını açmağa çalışıblar. Bu zaman məhkəmə icra məmurları ilə iştirakçılar arsında mübahisə yaranıb. Məhkəmə icra məmurları jurnalistlərə zalın dolu olduğunu deyiblər. Prosesi izləmək üçün gələnlərin narazılığından sonra içəriyə Amerika səfirliyinin nümayəndəsi, hüquqşünas Samirə Ağayeva və bir jurnalist buraxılıb.

İşdə Azərbaycan Qadınları ön Qafqazda Sülh və Demokratiya Uğrunda Təşkilatı tesisciləri kimi taninan şəxslər ve Rauf Mirqədirovun kecmiş həyat yoldaşı ifadə veriblər.  Leyla və Arif Yunusların növbəti məhkəmə prosesi avqustun 3-nə təyin olunub.

Ana səhifəVideoLeyla və Arif Yunusun məhkəməsində etiraz (VİDEO)