Gözləmə zalının qapıları bağlanıb, içəri heç kim buraxılmır
28 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam etdirilir. Lakin proses yarımqapalı keçirilir. Məhkəmədə olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, gözləmə zalının qapıları bağlanıb və içəriyə heç kim buraxılmır. Prosesi izləmək üçün gələnlərin narazılığından sonra içəriyə Amerika səfirliyinin nümayəndəsi, hüquqşünas Samirə Ağayeva və bir jurnalist buraxılıb.