“Leyla və Arif Yunusların həbsi ədalət mühakiməsinin parodiyasıdır”

“Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir”

Source:


“Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir”

Azərbaycan hakimiyyəti ağır vəziyyətdə olan yaşlı hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təqiblərə son qoymalı, onları dərhal azad etməlidir.  Human Rights Watch təşkilatı bəyan edib.

Avqustun 3-də Arif Yunusun arterial təzyiqi kəskin qalxıb və o, məhkəmə zalında huşunu itirib. Avqustun 4-də və 5-də dinləmələr zamanı vəziyyəti yaxşı olmayıb.

“Leyla və Arif Yunusların təqib olunması və həbsi ədalət mühakiməsinin parodiyasına çevirlib, onların səhhətinin pis olduğunu nəzərə alsaq bu cür məhkəmə prosesi yalnız qınaq doğurur”, – HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.

“Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir”, – o qeyd edib.

L.Yunusun vəkili Elçin Qəmbərov HRW-yə bildirib ki, avqustun 4 və 5-də dinləmələrdən öncə və dinləmə zamanı A.Yunusa iynə vurublar. Lakin o çətinliklə oturub. Zalda olduğu müddətin böyük hissəsini müttəhimlər üçün şüşə barmaqlıqda başını həyat yoldaşının dizlərinə qoyaraq uzanıb.

İyulun 15-də ilkin dinləmələr zamanı L.Yunus jurnalistlərə bildirib ki, həyat yoldaşının boynunda şiş əmələ gəlib, lakin həkimlər diaqnoz qoymayıblar.

Son 18 ayda A.Yunus iki dəfə hipertonik kriz keçirib, ona ürək çatışmazlığı diaqnozu qoyulub.

İyulun 27-də başlayan məhkəmə prosesi başa çatma mərhələsindədir. Avqustun 6-da yekun ittihamnamənin oxunması gözlənilir. Lakin müdafiə tərəfi  hazırlıq üçün 10 gün vaxt istəyib.

Hakimiyyət müstəqil jurnalistlərin və müşahidəçilərin məhkəməyə girişini məhdudlaşdırıb.

Arif və Leyla Yunusların həbsi hüquq müdafəçilərinin, müstəqil jurnalistlərin, blogerlərin və müxalifət fəallarının həbsi və qorxudulması kampaniyasının bir hissəsidir.

“Leyla və Arif Yunuslar tibbi yardıma ehtiyacı var. Azərbaycanın beynəlxalq tərəfdaşları qətiyyətlə və yekdilliklə bu məhkəmə prosesini pisləməlidirlər”, – Hyu Uilyamson vurğulayıb (Turan İA).

Ana səhifəXəbərlər“Leyla və Arif Yunusların həbsi ədalət mühakiməsinin parodiyasıdır”