“Leyla və Arif Yunuslara qarşı ittihamlar ləğv edilməlidir”

“Human Rights Watch” hüquq müdafiə təşkilatı bəyanat yaydı

Source:

“Human Rights Watch”  hüquq müdafiə təşkilatı bəyanat yaydı

“Azərbaycan hakimiyyəti məşhur hüquq müdafiəçisi Leyla Yunusu dərhal azad etməli və ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir”.

“Human Rights Watch” hüquq müdafiə təşkilatının bəyanatında belə deyilir.

“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır” – deyə “Human Rights Watch”-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

“Hakimiyyət Azərbaycanın aparıcı hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara maneəsiz işləmək imkanı yaratmalıdır” – o, bildirib.

Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.

Yunuslar Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edilərək, iyulun 30-da saxlanılıb, prokurorluğa gətirildikdən sonra bir neçə saat dindiriliblər.

Müstəntiqlər Yunusların xalq diplomatiyası üzrə layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici qrantlardan istifadə etdiklərini deyiblər. Guya əslində onlar bu qrantlardan casusluq fəaliyyətini ört-basdır edilməsi üçün istifadə ediblər.

6 saat dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla cinayət işi açıb.

Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.

Azərbaycanda çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə, bloqqerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların əksəriyyəti həbsdədir.

“Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması davam edir” – deyə Denber qeyd edib (Turan İA).

Ana səhifəXəbərlər“Leyla və Arif Yunuslara qarşı ittihamlar ləğv edilməlidir”