Leyla Seyidbəyova işdən çıxarıldı, ya yer dəyişdi? (Yenilənib)

Mərkəzi Neftçilər Xəstəxanasının publik hüquqi şəxsə çevriləcəyi deyilir

Source:


 Səhiyyə Nazirliyindəki mənbənin Meydan TV-yə verdiyi məlumat öz təsdiqini tapdı. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Leyla Seyidbəyova 7 saylı doğum evinin baş həkimi təyin olunub.


***


Mərkəzi Neftçilər Xəstəxanasının publik hüquqi şəxsə çevriləcəyi deyilir

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Bu barədə APA-ya Leyla Seyidbəyova özü

bildirib

. O, işdən öz ərizəsi ilə çıxdığını deyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Meydan TV-yə bildiriblər ki, hələ L.Seyidbəyova ilə bağlı əmrlə tanış olmadıqlarından onun hansı səbəblə işdən çıxdığını bilmirlər.

Nazirlikdə adının açıqlanmasını istəməyən mənbə isə Meydan TV-yə L.Seyidbəyovanın 7 saylı doğum evinə baş həkim gedəcəyini söyləyib. Lakin adıçəkilən doğum evindən bildirilib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur.

Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı Şəhər Səhiyyə İdarəsinə rəhbərlik edib.

Mənbə onu da deyib ki, Mərkəzi Neftçilər Xəstəxanası yaxın günlərdə publik hüquqi şəxs status alacaq:

“Leyla Seyidbəyova buna qarşı çıxan adamlardandır, ona görə də onu xəstəxanadan uzaqlaşdırdılar”.

Hələ ötən ilin sonunda səhiyyə nazirinin müavini Elsevər Ağayev açıqlama verərək

demişdi

ki, nazirlik publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsini razılaşdırmaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib.

Ötən ilin sonunda Mərkəzi Neftçilər Xəstəxanasında yoxlamaların aparılması ilə bağlı da xəbərlər mətbuatda yer

alırdı

.

Nazirlikdəki mənbə bir neçə gün öncə Meydan TV-yə həmin xəstəxanaya nazir müavinlərindən birinin “gözü düşdüyünü” d

emişdi

.

Nazirliyin mətbuat xidmətindən isə onlarda xəstəxananın publik hüquqi şəxsə çevriləcəyi ilə bağlı məlumat olmadığı bildirilib.

Mərkəzi Neftçilər Xəstəxanası Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi 1956-cı ildə yaradılıb.

Səhiyyə Nazirliyinin balansında olan bu xəstəxanada neftçilərin, tibbi sığortası olan şəxslərin pulsuz müayinəsinin aparıldığı bildirilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə deyir ki, o xəstəxanada heç vaxt pulsuz müalicə olmayıb:

“Publik hüquqi şəxsə keçməsinin bir yaxşı tərəfi o olacaq ki, artıq qiymətlər yazılacaq, hansı müayinənin, müalicənin neçəyə başa gəldiyini əvvəlcədən müəyyənləşdirmək mümkünləşəcək. Ən əsası da qurum dövlətə vergi verəcək”.

Ana səhifəXəbərlərLeyla Seyidbəyova işdən çıxarıldı, ya yer dəyişdi? (Yenilənib)