”Leyla Əliyevanın ev tikdirdiyi itlər qədər hörmətim yoxdur?” (VİDEO)

Qəbələ rayonunun ləzgilər yaşayan Duruca kənd sakini Şahin Mirzəliyev qışın bu günü evsiz eşiksiz qalıb. Qəbələ rayon icra nümayəndəliyinin tapşırığı ilə bir qrup polis ona məxsus olan evi söküblər. Dolanışığını arıçılıqla təmin edən Mirzəliyev 43 manat pensiya alan 3-cü qrup əlildir. O bu haqsızlıqla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edir.

Onun sözlərinə görə evi Kəmaləddin Heydəruvun tikdirdiyi “Tufandağ” adlı otelə görə sökülüb.

Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri, baş memar Təbriz Abdulxalıqov Şahin Mirzəliyevin Duruca kəndində evi olmadığını deyir: “O, başqasının torpağında taxtadan daxma tikmişdi. Dəfələrlə onun sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Adam da əhəmiyyət verməyib. Ona görə də məcburi qaydada sökülüb”

Videoda diqqət çəkən digər məsələ isə polislərin videonu çəkən vətəndaşa qarşı davranışıdır. Onlar video çəkilişi dayandırmağı tələb edir və həmin şəxsə fiziki güc tətbiq edirlər. Hüquqşünas Ələsgər Əhmədoğlu deyir ki, ictimai əhəmiyyət daşıyan istənilən məsələdə hər kəsin məlumat almaq hüququ var. Bu videoda görünən məsələdə hər bir şəxs informasiya toplamaq məqsədi ilə kameradan istifadə edə bilər. Konstitusiyanın 50-ci maddəsinə görə hər kəs istədiyi məlumatı qanuni yolla əldə edə və yaya bilər. Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində də bu hüquq hər kəsə tanınıb. Yəni şəxsin jurnalist olub-olmamasından asılı olmayaraq hər kəs məlumat toplaya və yaya bilər. Qanunla qadağan olunan sirlərdən başqa, istənilən məlumat buna daxildir. Hələ məhkəmə qərarı olmadan, üstəlik rəsmi polislərin hansı ki, onların belə bir vəzifə borcu yoxdur, bunu etməsi ciddi səlahiyyətlərin aşmasıdır və çəkilib ictimailəşdirilməsi zəruridir.


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Leyla Əliyevanın ev tikdirdiyi itlər qədər hörmətim yoxdur?” (VİDEO)