Leyla Əliyeva: ”Xoşbəxtliyi yalnız hiss etmək mümkündür”

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva xoşbəxtlikdən yazıb

Source:


Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva xoşbəxtlikdən yazıb.

“Baku” dərgisinin ön sözündə baş redaktor bunları qeyd edib: “Bu nömrəmiz xoşbəxtliyə həsr olunub. Əminəm ki, dostlarımın əksəriyyəti “dünyada xoşbəxtlik yoxdur, sakitlik və iradə var” deyə, düşünür. Hamımız razılaşırıq ki, xoşbəxtlik – çətin kateqoriyadır. Onu müəyyən etmək olmur, yalnız hiss etmək mümkündür.

Xoşbəxtlik hissi – Azərbaycanda paralimpiya oyunlarında qalib olan uşaqların üzündə var idi. Onların idman sevgisi, qalib olmaq əzmi möcüzə yaratdı, onlar əldə etdiklərinə görə xoşbəxt idilər. Bunu əsl xoşbəxtlik adlandırmaq olar.

110 il bundan əvvəl Bakıya həkim Yevsey Qindes gəlib. Şəhərdə onu hələ də xatırlayır və danışırlar. O, uşaqların sağlamlığı üçün on tibb müəssisəsinə etdiyindən çox nəsə etmişdi. Ömrünü pediatr kimi çalışmağa həsr etmək göstərir ki, həyatda kiməsə xidmət etməklə xoşbəxt olan insanlar da mövcuddur.

Bəzən xoşbəxtlik – uşaqlıqdan səninlə yaşayır və reallaşdırılmasını gözləyir. Bu hallarda biz kiçik istedadın yaranmasının şahidi oluruq. Böyük rəssam Tahir Salahovun hər əsəri bu reallığın bir hissəsidir.

Salahovun özü düşünür ki, xoşbəxtlik insanlarla çalışmaq, baxışlarını incəsənətdə əks etdirməkdir. Bu cür hal bəstəkar Qara Qarayevdə də olub. Əfsanəvi cazmen Çarliz Lloyd Bakı konserti zamanı demişdi:

“Əgər mən musiqinin mənə verdiyi sonsuz xoşbəxtliyi başqaları ilə bölüşürəmsə, bu məni xoşbəxt edir”. O, möhtəşəm mahnılarını komandası ilə birlikdə yaradır: bas-gitaraçı Co Sanders – “gənc möcüzə”, zərbçi Erik – “əvəzolunmaz”. Görünür eyni hissləri Vadim Repin və Murad Hüseynov duet oxuyarkən və Qarayevin əsərlərindən ibarət disk təqdim edərkən də yaşayıb.

Həqiqi gözəlliklə qarşılaşmaq – bu xoşbəxtlik deyilmi? (

Azvision.az

)

Ana səhifəXəbərlərLeyla Əliyeva: ”Xoşbəxtliyi yalnız hiss etmək mümkündür”