Rövşən Bağırov Ağsuya icra başçısı təyin olunub
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vəzifəsindən azad edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 29-da
sərəncam
imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin
olunub
.
R.Bağırov 2007-ci ildə Lerik rayonuna icra başçısı təyin olunub.
1966-cı ildə Bakı şəhərində doğulan Rövşən Bağırov 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
O, 1992 – 1994 – cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 – 1996 – cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 – 2003 – cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003 – 2006 – cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 – 2007 – ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 2020-ci ilin noyabrın 26-da koronavirusdan vəfat edib.